RU

Şeron Stoun: “Biz çılpaq görünməkdən qorxuruq, amma zorakılıqdan yox » AzadMedia.az

Şeron


Hollivud ulduzu Şeron Stoun sosial şəbəkələrdə növbəti dəfə geniş müzakirələrə səbəb olub. 67 yaşlı aktrisa bu dəfə yaşlanma, təbii gözəllik və cəmiyyətin bədənə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Aktrisa “Instagram” hesabında paylaşdığı emosional videoda cəmiyyətin yaşlanmaqdan və insanın təbii görünüşünü qəbul etməkdən qorxduğunu bildirib.
“Güzgüyə baxanda qorxmalı olduğumuzu kim deyib? Niyə tualetə getdiyimizi və ya dişlərimizi fırçaladığımızı gizlətməliyik? Niyə öz insan təbiətimizdən qorxuruq? Bu, dünyanın ən qəribə fikridir”, – deyə Stoun vurğulayıb.

Aktrisa bədənini “öz evi” adlandırıb:
“Mən onu hər gün geyinirəm. Onun içində oyanıram, onun içində yatıram. Bu mənim mənzilimdir. Mən burada yaşayıram.”
Onun emosional çıxışı şəxsi emalatxanasında baş verən hadisədən sonra edilib. Bildirilir ki, çəkiliş zamanı heyət üzvləri arxa planda görünən və çılpaq qadın təsvir olunan “Goddess” adlı tablonun kadrdan çıxarılmasını xahiş ediblər.
“Ekranlarda çılpaqlıqdan, öz bədənimizdən və evimizdən qorxuruq, amma hər gün məruz qaldığımız zorakılıqdan qorxmuruq? Doğrudanmı? 2026-cı ildə hələ də yaşlanmaqdan və öz bədənimizdə yaşamaqdan qorxuruq? Biz sadəcə görünüşdən ibarət deyilik. Biz sənətçilərik, analarıq, bacılarıq, həyat yoldaşlarıyıq, tibb bacılarıyıq, müəllimlərik...”, – deyə aktrisa əlavə edib.
Casino filminin ulduzu daha əvvəl də yaşlanmanı qəbul etmək barədə danışıb. O, əvvəlki müsahibələrinin birində fiziki dəyişikliklərə yumorla yanaşdığını bildirib.

“Mən zarafat edirəm ki, indi qoltuqaltım qırışıb. Əvvəllər gözəl qollarım var idi, indi isə güclüdürlər, rəsm çəkirlər — sanki mələk qanadlarıdır. Bəs nə olsun ki, qatları var? Bəlkə də indi onları gözəl edən elə budur”, – deyə Stoun qeyd edib.

Избранный
5
1
azadmedia.az

2Источники