RU

Belarus MDB nin bu sazişindən çıxdı

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Belarus Baş naziri Aleksandr Turçin Dövlət Gömrük Komitəsinin MDB-yə üzv dövlətlərin gömrük orqanları arasında gömrük sonrası nəzarət sahəsində əməkdaşlıq haqqında porotokoldan çıxması barədə fərman imzalayıb.

"Cebheinfo.az" xəbər verir ki, Bakıvaxtı.az-ın məlumatına görə, qərarda bildirilir ki, Belarus Dövlət Gömrük Komitəsinin bu protokoldan çıxması ilə bağlı təklifinə Xarici İşlər Nazirliyi və Ədalət Nazirliyi ilə razılaşdırılmış şəkildə razılıq verilib.

Həmçinin qeyd olunur ki, MDB ölkələrinin gömrük orqanları arasında əməkdaşlıq haqqında protokol 2012-ci ilin sentyabrında Petro-Pavlovsk-Kamçatka şəhərində imzalanıb.

Sənədə əsasən, Xarici İşlər Nazirliyinə çıxış barədə məlumat vermək tapşırılıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
3
cebheinfo.az

4Источники