RU

Azərbaycanlılar ilk beşlikdədir, bəs ermənilər? – Kobaxidze rəqəmləri AÇIQLADI

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkədə 3,914 milyon əhalidən maksimum 257 min nəfəri xaricidir.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, daimi yaşayış icazəsi olan 107 mindən 29,9%-i Rusiya vətəndaşıdır.

Beşlikdə həmçinin Hindistan, Azərbaycan, Ukrayna və Ermənistan vətəndaşları yer alır.

Ötən il ölkədən 1,3 mindən çox qanunsuz miqrant çıxarılıb. Onlardan 20,5%-i Hindistan, 12,9%-i Türkiyə, 12%-i İran, 7,5%-i Çin, 5,65%-i Rusiya vətəndaşı olub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
80
1
konkret.az

2Источники