Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkədə 3,914 milyon əhalidən maksimum 257 min nəfəri xaricidir.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, daimi yaşayış icazəsi olan 107 mindən 29,9%-i Rusiya vətəndaşıdır.
Beşlikdə həmçinin Hindistan, Azərbaycan, Ukrayna və Ermənistan vətəndaşları yer alır.
Ötən il ölkədən 1,3 mindən çox qanunsuz miqrant çıxarılıb. Onlardan 20,5%-i Hindistan, 12,9%-i Türkiyə, 12%-i İran, 7,5%-i Çin, 5,65%-i Rusiya vətəndaşı olub.
Müşviq Tofiqoğlu
KONKRET.az