RU

“Sülhün əsas maneəsi Ermənistan Konstitusiyasıdır” – Elçin Mirzəbəyli

"Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi fikirlər Cənubi Qafqazda postmünaqişə mərhələsinin hüquqi və siyasi konturlarını dəqiqləşdirən mühüm tezislər kimi qiymətləndirilməlidir. Ыülh sazişinin mətni razılaşdırılıb, paraflanıb, beynəlxalq şahidlik mövcuddur, sərhəddə sabitlik təmin edilib və real maneə texniki deyil, hüquqi xarakter daşıyır. Bu maneə Ermənistan Konstitusiyasında bu ölkənin Müstəqillik bəyannaməsinə istinadən Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır.

Vaşinqtonda imzalanmış Birgə Bəyannamə normallaşma prosesinin faktiki olaraq yeni mərhələyə keçdiyini göstərir. Həmin sənəddə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflandığı təsdiqlənib. Eyni zamanda, ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair birgə müraciətə şahidlik edilməsi keçmiş münaqişə institutlarının tarixə qovuşduğunu göstərir. Bu, siyasi baxımdan münaqişə səhifəsinin birdəfəlik bağlanması deməkdir.

Sənədin ABŞ Prezidenti tərəfindən şahidlik edilməsi xüsusi əhəmiyyət daşıyır".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Xatırladaq ki, Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında çıxış edərək Cənubi Qafqazdakı sülh prosesinin hazırkı vəziyyətini qiymətləndirib. O, Ermənistanla normallaşma perspektivlərinə və Zəngəzur dəhlizinin açılmasına toxunaraq bildirib ki, sülh müqaviləsinin əsas maneəsi Ermənistan konstitusiyasında dəyişikliklərin aparılmasıdır. Prezident vurğulayıb ki, Avqustdan bəri sərhəddə vəziyyət sabitdir və hər hansı insident baş verməyib.

Deputat bildirib ki, bu fakt sazişin beynəlxalq legitimliyini gücləndirir, əlavə siyasi məsuliyyət formalaşdırır və Cənubi Qafqazda yaranmaqda olan yeni təhlükəsizlik arxitekturasına qlobal diqqəti yönəldir.

Избранный
67
aznews.az

1Источники