RU

Sumqayıtda geri dönüş “tələb”si: Nişan yoxdur, amma 150 manat cərimə var – VİDEO 

Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi 17 ünvanında narahatedici bir vəziyyət yaranıb.

NOCOMMENT.az xəbər verir ki, məhləarası küçəyə geri dönüş “qadağan”dır, lakin bu qadağanı bildirən hər hansı bir yol nişanı quraşdırılmayıb.

Belə ki, nişan olmadığı halda, geri dönüş edənlər 150 manat cərimə edilirlər.

Azərbaycan Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) mövzu ilə bağlı müraciətimizə cavab isə olduqca “maraqlı” olub: “Nişanı kim quraşdırır, bilirsiniz?’ – yəni nişanın kim tərəfindən quraşdırıldığı sual olunur, amma cərimə qüvvədə qalır.

Bəli, biz cərimə edənin kim olduğunu da bilirik. Lakin nişan olmadığı halda cərimənin nə dərəcədə qanuni olduğu sualının isə cavabı açıq qalır.

“Geri dönüş qadağandırsa, nişan niyə qoyulmayıb? Nişan yoxdursa, cərimə tətbiqi necə əsaslandırılır? Bu halda sürücü hansı addımı atmalıdır?” – bu suallar cavabını gözləyir…

Tunar 

NOCOMMENT.az 

Избранный
100
1
nocomment.az

2Источники