RU

Xətai rayonunda kanalizasiya daşdı - VİDEO

Bakının Xətai rayonunda kanalizasiyanın daşması nəticəsində çirkab su küçəni basıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd olunub ki, hadisə Polad Həşimov küçəsində baş verib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əraziyə baxış keçirilib.

"Əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilib. Hazırda ərazidə heç bir problem mövcud deyil", - deyə məlumatda bildirilib.

"Cebheinfo.az"

Избранный
51
1
cebheinfo.az

2Источники