RU

Tranzit potensialının reallaşdırılması baxımından Orta Dəhliz Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycan son illər tranzit potensialının reallaşdırılması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirir. Bu çərçivədə Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Aytən Turabova fevralın 18-də Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək -Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ilə Avropa və digər beynəlxalq bazarlar arasında əlaqəliliyin əsas dayaqlarından biri olan Orta Dəhliz Azərbaycan üçün strateji nəqliyyat marşrutudur.

Aytən Turabova Bakı Beynəlxalq Dəniz Ticarət Limanını da strateji əhəmiyyətli layihə kimi dəyərləndirib. O bildirib ki, Ələt qəsəbəsində yerləşən və 2018-ci ildə istismara verilən limanın mövcud gücü 15 milyon ton yük və 150 min TEU konteyner təşkil edir. Ötən il limanda konteyner aşırmalarının həcmi 107 min TEU olub. İkinci mərhələnin həyata keçirilməsindən sonra limanın yükötürmə qabiliyyəti 25 milyon tona, konteyner tutumu isə 500 min TEU-ya çatdırılacaq.

Избранный
105
1
azertag.az

2Источники