RU

Bu baş versə, “Qarabağ” həm tarix yazacaq, həm də milyonlar qazanacaq

UEFA Çempionlar Liqası pley-off mərhələsində mübarizə aparan “Qarabağ” büdcəsini xeyli zənginləşdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, bunun üçün Ağdam klubu “Nyukasl” səddini keçməlidir. Təmsilçimiz pley-off mərhələsini adlaya bilsə, UEFA-dan daha 11 milyon avro (22 milyon 129 min 580 manat) gəlir əldə edəcək. 

Xatırladaq ki, Ağdam klubu cari mövsüm ÇL-dəki çıxışına görə 60 milyon manata yaxın büdcəsini zənginləşdirib.

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu norveçli referi Espen Eskos idarə edəcək.

 

Избранный
15
idmanxeber.az

1Источники