RU

Oğul anasını qətlə yetirdi- ŞOK FAKT

Ajans.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Murad Kazımzadənin cinayəti sübuta yetirilib. Ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi (xuliqanlıq niyyəti ilə adam öldürmə) ittihamdan xaric edilib və o, 15 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Xatırladaq ki, hadisə ötən ilin avqust ayında Astarada baş verib. Murad Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası Məhəbbət Qasımovaya 4 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Müttəhim Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Избранный
43
8
Ajans.az

10Источники