AZ

Astarada anasını öldürən oğula HÖKM OXUNDU

ain.az, Lent az portalına istinadən məlumat verir.

Astarada anasını qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Murad Kazımzadənin cinayəti sübuta yetirilib. Ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi (xuliqanlıq niyyəti ilə adam öldürmə) ittihamdan xaric edilib və o, 15 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, hadisə ötən ilin avqust ayında Astarada baş verib. Murad Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası Məhəbbət Qasımovaya 4 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Təqsirləndirilən Murad Kazımzadə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
8
lent.az

10Mənbələr