RU

Regional idarə şagirdin məktəbdə pəncərədən yıxılması ilə bağlı açıqlama yaydı

Bakı. Trend:

18 fevral 2026-cı il tarixində Mingəçevir şəhər Mehdi Hüseynzadəadına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 11-ci sinif şagirdipəncərədən yıxılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Aran RegionalTəhsil İdarəsindən məlumat verilib.
Bildirilir ki, hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən dərhaltəcili tibbi yardım çağırılıb:

"Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə olunması üçünmüvafiq səhiyyə müəssisəsinə yönləndirilib. Hadisə ilə bağlıməktəblinin valideynlərinə və hüquq-mühafizə orqanlarına məlumatverilib. Qeyd edirik ki, xəsarət almış şagirdin vəziyyəti idarətərəfindən nəzarətdə saxlanılır. İctimaiyyətdən aparılanaraşdırmanı nəzərə alaraq məsələyə həssas yanaşılması və hadisə iləbağlı yalnız rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahişolunur", - məlumatda vurğulanıb.

Xəbər yenilənəcək

Избранный
36
6
az.trend.az

10Источники