Bu gün Mingəçevir şəhərindəki Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta məktəb-in 11-ci sinif şagirdi pəncərədən yıxılıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, dərhal təcili tibbi yardım çağırılıb, şagirdə ilkin yardım göstərildikdən sonra müayinə üçün müvafiq səhiyyə müəssisəsinə yönləndirilib.
Valideynlər və hüquq-mühafizə orqanları məlumatlandırılıb, xəsarət almış şagirdin vəziyyəti idarə tərəfindən nəzarətdə saxlanılır. Rəsmi açıqlamaya görə, ictimaiyyətdən hadisə ilə bağlı yalnız rəsmi qurumların məlumatlarına istinad etmələri xahiş olunur.