RU

Estoniya XİN: NATO zəruri bilsə, ölkədə nüvə silahı yerləşdirilə bilər  

NATO-nun müdafiə planları çərçivəsində qərar veriləcəyi təqdirdə, Estoniya hakimiyyəti ölkə ərazisində nüvə silahı yerləşdirilməsini istisna etmir.

AZƏRTAC xəbər verir ki, bunu Baltikyanı respublikanın xarici işlər naziri Marqus Saxkna dövlət televiziyasının efirində açıqlayıb.

“Biz ərazimizdə nüvə silahı yerləşdirilməsinin əleyhinə deyilik. Əgər NATO bizim müdafiə planlarımıza müvafiq olaraq, məsələn, ərazimizdə nüvə silahının yerləşdirilməsini zəruri hesab edərsə, bunu istisna edəcək heç bir doktrinamız yoxdur”, - deyə nazir vurğulayıb.

Hələ ötən ilin iyun ayında müdafiə naziri Hanno Pevkur bildirmişdi ki, Estoniya öz ərazisində nüvə başlıqları daşıya bilən NATO təyyarələrini yerləşdirməyə hazırdır.

Избранный
61
5
azerbaijan-news.az

6Источники