RU

Yod əksikliyi: Bədəniniz sizə necə siqnal verir?

Yod orqanizmin normal işləməsi üçün həyati əhəmiyyətli elementdir və əsas rolu tiroid hormonlarının istehsalında iştirak etməkdir.

 

Pravda.az bildirir ki, bu hormonlar bədənin metabolizmasını, enerji səviyyəsini, böyümə və sinir sistemi funksiyalarını tənzimləyir.

 

Əksiklik olduqda insanlar tez yorula, konsentrasiyanı itirə, kilo artımı və metabolik problemlərlə üzləşə bilər. Xüsusilə uşaqlar, hamilə və süd verən qadınlar risk qrupuna daxildir.

 

Yod təkcə tiroid üçün deyil, həm də immunitet, cild və saç sağlamlığı üçün faydalıdır. Bədənin bu elementi özü istehsal edə bilmədiyi üçün dəniz məhsulları, süd məhsulları, yumurta və yodlu duz kimi qidalardan alınmalıdır.

 

Mütəxəssislər düzgün və balanslı qidalanma ilə kifayət qədər yod qəbulunun vacibliyini vurğulayır, lazım olduqda isə həkim məsləhəti ilə əlavə dəstək alınmasını tövsiyə edirlər.

 

Əminə Bayramova

Tarix: 18 Fevral 2026, 12:41   
Избранный
40
2
pravda.az

3Источники