RU

Milan-Kortina-2026: Bu gün sonuncu təmsilçimiz olimpiadada mübarizəyə başlayır

İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunları davam edir. 

“İki sahil” xəbər verir ki, bu gün ölkəmizi dağ xizəyi yarışlarında təmsil edən Anastasiya Papatoma mübarizəyə başlayacaq. İdmançımızın çıxışını Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev izləyəcək. 18 yaşlı idmançımız dağ xizəyinin slalom növündə iştirak edəcək. Kortina Ampetsoda təşkil olunacaq yarışlara saat 10:00-da (Bakı vaxtı ilə 13:00) start veriləcək. 

Azərbaycan komandası Milan-Korrina-2026 Qış Olimpiya Oyunlarında 2 idmançı ilə təmsil olunur. Oyunların əvvəlki günlərində komandamızın üzvü Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarının qısa proqramda çıxış edib. Hakimlər tərəfindən 63,63 bal alan idmançımız bu nəticə ilə sərbəst proqrama vəsiqə qazana bilməyib.

Избранный
19
ikisahil.az

1Источники