RU

Yaponiyanın “dəmir ledisi” yenidən baş nazir seçilib

ain.az, Reyting.az saytına istinadən bildirir.

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının lideri Takaiçi Sanae erkən ümumi seçkilərdən sonra keçirilən parlament iclasında ölkənin 105-ci baş naziri seçilib.

Reyting.az “Kyodo” xəbər agentliyinə istinadla bildirir ki, Yaponiya parlamenti 8 fevralda erkən ümumi seçkilərdən sonra yeni baş naziri müəyyən etmək üçün toplanıb.

Parlament iclasında ölkənin yeni baş nazirinin seçilməsi ilə bağlı keçirilən səsvermədə LDP lideri Takaiçi Sanae 464 səsdən 354-nü alaraq yenidən baş nazir seçilib.

Erkən ümumi seçkilərdə üçdə iki səs çoxluğu qazanan və ölkənin 105-ci baş naziri olan Sanae Takaiçi bu həftə yeni kabinetinin tərkibini açıqlayacaq.

Erkən ümumi seçkilərdə LDP yerlərinin sayını 198-dən 316-ya çatdırıb. Beləliklə, hakim partiya Assambleyada tələb olunan üçdə iki səs çoxluğu olan 310 yerlik həddi aşıb.

2025-ci ilin oktyabr ayında əvvəlcə LDP-nin lideri, daha sonra isə daxili parlament seçkiləri vasitəsilə ölkənin “ilk qadın baş naziri” olan Takaiçi müharibədən sonrakı Yaponiyada bu uğura imza atan ilk partiya olmaq şərəfinə nail olub. 465 üzvdən ibarət Assambleyada 310 yerin üçdə ikisinin çoxluğu qanun layihələrini qəbul etmək və konstitusiyaya düzəliş etmək üçün yol açır.

ELÇİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
39
reyting.az

1Источники