“Tehranın nüvə silahı nə ABŞ düşmənlərinin, nə də müttəfiqlərinin əlinə keçməməlidir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Vens deyib.
O, “Fox News”-a verdiyi açıqlamada bildirib:
"Əgər İran nüvə silahı əldə edərsə, ondan sonra bir çox digər rejimlər, bəziləri dost, bəziləri o qədər də dost olmayan rejimlər də nüvə silahı əldə edəcəklər".
Tehranın nüvə dosyesi üzrə İran-ABŞ danışıqlarının ikinci mərhələsi 17 fevralda Cenevrədə baş tutub. Danışıqlardan sonra İranın xarici işlər naziri Abbas Araqçi irəliləyiş olduğunu bildirib. O qeyd edib ki, Tehran və Vaşinqton mümkün razılaşmanın əsasını təşkil edə biləcək mətnlər üzərində işləyəcəklər.