ABŞ-nin Kaliforniya ştatının Sierra Nevada dağlarında baş verən güclü qar uçqunu nəticəsində 10-a qədər xizəkçinin itkin düşdüyü bildirilir.
İlkin məlumata görə, azı altı nəfər qalın qar kütləsinin altında qalıb və xilas edilmələrini gözləyir.
Hadisə çərşənbə axşamı səhər saatlarında baş verib. Lakin qış fırtınası və əlverişsiz hava şəraiti xilasetmə əməliyyatlarını çətinləşdirib. Yaxınlıqdakı magistral yolun bağlanması səbəbindən xilasedicilər uzun müddət əraziyə çata bilməyiblər.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.