RU

Dövlət Xidməti Siyəzəndə gənclər üçün tədbir keçirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Siyəzəndə tədbir keçirilib.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Siyəzən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda təşkil edilən görüşdə açılış nitqi ilə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Siyəzən rayon bölməsinin rəisi polkovnik-leytenant Füzuli Əliyev gənclərə vətənpərvərlik hissi, qalib ölkənin əsgəri olmağın üstünlükləri, sağlam həyat, təhsil möhləti, qanunvericilik və digər mühüm məsələlər barədə ətraflı məlumat veriblər.

Tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçısı və digər qonaqlar da çıxış edərək öz təəssüratları ilə bölüşüblər. Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

5235832371444126378

5235832371444126379

5235832371444126380

5235832371444126381

5235832371444126385

5235832371444126387

5235832371444126390

5235832371444126391

5235832371444126392

Избранный
16
10
poliqon.az

10Источники