RU

C6 enerji və investisiya sahəsində funksional platforma rolunu oynaya bilər – BMTM sədri

Bakı.Trend:

C6 praktiki və məqsədyönlü təşəbbüsdür. Qazaxıstan, Özbəkistan,Türkmənistan, Qırğızıstan və Tacikistan Azərbaycanla birlikdəregional bağlantıları gücləndirən və daha müstəqil fəaliyyətimkanlarını artıran altıtərəfli format çərçivəsində əməkdaşlıq edəbilərlər.

Trend xəbərverir ki, bu fikirləri “C6: Vahid region, ortaq gələcək stratejidialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransdaBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri FəridŞəfiyev deyib.

Fərid Şəfiyevin sözlərinə görə, bu təklif zamanın tələbinə cavabverir:

"Belə ki, məhz Mərkəzi Asiya dövlətlərinin öz aralarında dahasıx əməkdaşlığı C5+1 formatında gördüyümüz irəliləyişin əsassəbəblərindən biridir. Belə ki, 2022-ci ilin dekabrında Qazaxıstanvə Özbəkistan mühüm əməkdaşlıq sazişi imzalanıb, 2025-ci ilinmartında Tacikistan və Qırğızıstan sərhəd mübahisəsini həll edib,neytrallıq statusunu qoruyan Türkmənistan isə daha fəal regionaləməkdaşlığa doğru addımlar atıb.

Region əldə olunan irəliləyişləri möhkəmləndirən və onlarıdavamlı potensiala çevirən mexanizmlərə getdikcə daha hazır olur.Azərbaycanın Xəzər dənizinin qərb sahilində yerləşməsi, mövcudnəqliyyat və dəniz infrastrukturu sayəsində dənizə çıxışı olmayantərəfdaşlarımız öz imkanlarını genişləndirə bilərlər. Bu, OrtaDəhliz və Xəzər vasitəsilə Türkiyə və Avropa bazarları ilə dahadərin əlaqələrin qurulmasını, həmçinin Qara dəniz və Aralıq dənizimarşrutlarına çıxışı əhatə edir.

Sadə ifadə ilə desək, C6 seçim imkanlarını artırır. Müasirdövrdə isə seçim imkanları həyati əhəmiyyət daşıyır”.

O qeyd edib ki, C6 yalnız tranzit dəhlizləri iləməhdudlaşmamalıdır. Qlobal enerji keçidi və dəyişən prioritetlərfonunda bu format enerji və investisiya sahəsində də funksionalplatforma rolunu oynaya bilər.

“Bərpa olunan enerji, texnologiya mübadiləsi və enerjiinfrastrukturunun modernləşdirilməsi sahələrində birgə layihələr vəkoordinasiyalı planlaşdırma vasitəsilə konkret, ölçülə bilənnəticələr əldə etmək üçün geniş imkanlar mövcuddur.

Bütövlük (cohesion) konsepsiyası da xüsusi əhəmiyyət daşıyır.Mərkəzi Asiyada üçtərəfli formatların və məsləhətləşməmexanizmlərinin inkişafı müsbət tendensiyadır. Məsələn, 2025-ciilin yanvarında Azərbaycan, Özbəkistan və Qazaxıstan enerjitranziti, bərpaolunan enerji sahəsinin inkişafı və texnolojiəməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumunuimzalayıblar. Vacib məqam odur ki, bu əməkdaşlıq yalnız neft-qazsektoru ilə məhdudlaşmır. Tərəfdaşlıq həm bərpaolunan enerji üzrəbirgə tədqiqatların aparılmasını, həm də günəş və külək enerjisipotensialına yönəlmiş yeni investisiyaların təşviqini prioritethesab edir. Bu isə regionun tədricən aşağı karbonlu iqtisadiyyatakeçidini dəstəkləyir. Eyni zamanda, bu əməkdaşlıq regional enerjitəhlükəsizliyini gücləndirir və altı ölkədən ibarət yeni formatıŞərq ilə Qərb arasında etibarlı enerji körpüsü kimi mövqeləndirməyəkömək edir. C6 mövcud təşəbbüsləri təkrarlamadan, onların dahagüclü və davamlı olmasına, eləcə də təsir dairəsinin genişlənməsinəkömək edə bilər”.

BMTM sədri qeyd edib ki, C6 uzunmüddətli fəaliyyət üçün praktikvə inklüziv olmalıdır.

“Regionumuzun müxtəlifliyini nəzərə alaraq əməkdaşlıq yalnızçevik və nəticəyönümlü olduqda effektiv olur. Davamlı regionalformat isə fərqlilikləri hörmətlə qarşılayan, nəticələrə fokuslananvə ortaq strateji tələblərə uyğun olan formatdır.

Yaxınlığı tərəfdaşlığa, coğrafiyanı üstünlüyə və ortaqçağırışları həllərə çevirmək C6-da əks olunan əsas stratejiməntiqdir. Simvolik investisiyalar əvəzinə əlçatan mexanizmlərə,əməkdaşlıq layihələrinə və infrastrukturun inkişafına sərmayəqoymaq, altı dövlətin hər birinin təkbaşına nail ola biləcəyindəndaha böyük nəticələr əldə etməsinə imkan yaradacaq”,- deyə o əlavəedib.

Избранный
138
2
az.trend.az

3Источники