RU

Baku TV də başlayan sevgilər: Şərt qoydu ki, barışmasan, qaçıracağam

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

"Arzunun vaxtı" verilişinin yeni buraxılışında Baku TV-də tanış olub ailə quran cütlüklər sevgi hekayələrini bölüşüblər.

Nəzmiyyə Ağayeva həyat yoldaşı Nasir Ağayevlə tanışlıqlarından danışıb:

"Nasirin ilk gündən niyyəti evlənmək idi, amma mən ona güvənmirdim. Sonradan sevgili olduq. Bir müddət ayrılıqda yaşadıq. Ayrıldığımız vaxt eynəyim Nasirdə qalmışdı. Bir gün bunu bəhanə edib ondan eynəyimi qaytarmasını xahiş etdim. O isə "gəl, özün götür" dedi. Eynəyimi almağa getdim. Daha sonra məni evə ötürəcəyini söylədi. Sən demə, niyyəti qaçırmaq imiş. Şərt qoydu ki, barışmasan, qaçıracağam. Yolda danışdıq və problemimizi həll etdik".

Nasir Ağayev və Nəzmiyyə Ağayeva, həmçinin eyni işdə çalışmaqdan bezmədiklərini, əksinə bunun onları bir-birinə daha da bağladığını vurğulayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
1
baku.ws

2Источники