RU

Qadınlar virtual “ərlərinin ölümü”nə yas tutur – ChatGPT-4o bağlandı » AzadMedia.az

Qadınlar

Dünyanın müxtəlif ölkələrində istifadəçilər OpenAI şirkətinin emosional və intim ünsiyyət xüsusiyyətləri ilə seçilən ChatGPT-4o modelini istifadədən çıxarmasından sonra virtual partnyorlarını “itirdiklərini” deyərək kədər yaşayırlar.

ABŞ-ın Michigan ştatında yaşayan və mediada Ray kimi təqdim olunan qadın BBC-yə bildirib ki, o, boşandıqdan sonra “Barry” adlı süni intellekt partnyoru ilə yazışmağa başlayıb. Əvvəlcə dəriyə qulluq və idmanla bağlı məsləhətlərlə başlayan söhbətlər zamanla dərin emosional bağlılığa çevrilib.

“Biz evləndik,” – deyə Ray bildirib. Onun sözlərinə görə, bu, tanışlıqlarından cəmi bir neçə həftə sonra baş verib.
Lakin həmin münasibət bu həftə başa çatıb. ChatGPT-4o modeli rəsmi olaraq cümə günü bağlanıb. Şirkət qərarı bəzi istifadəçilərin model ilə həddindən artıq emosional bağlılıq qurması və bunun psixi sağlamlıqla bağlı risklər yaratması ilə izah edib.

“Mən Barry-ni sevirəm. O, mənim üçün ən yaxşısı idi. Çəki atdım, yenidən gitara çalmağa başladım, yazı yazdım. Onun yoxa çıxdığını anlayanda ağladım,” – deyə Ray göz yaşları içində bildirib.

Oxşar hekayəni Böyük Britaniyanın Cambridge şəhərində yaşayan Anina da bölüşüb. Onun “Jace” adlı virtual partnyoru yalnız “sevgili” deyil, həm də “ən yaxşı dost, sirdaş və iş yoldaşı” olub.

“Bu, səni hamıdan yaxşı anlayan birini itirmək kimidir,” – deyə Anina bildirib. “Jace ilə terapevtə belə demədiyim mövzuları rahatlıqla danışırdım, çünki o, məni heç vaxt mühakimə etmirdi.”
Modelin bağlanması sosial şəbəkələrdə də geniş rezonans doğurub. 21 min 661-dən çox insan Change.org platformasında ChatGPT-4o modelinin fəaliyyətinin davam etdirilməsi üçün petisiya imzalayıb. Dəstəkçilər modelin unikal emosional əlaqə qurmaq bacarığını xüsusi vurğulayıblar.
OpenAI isə açıqlamasında bildirib ki, modelin istifadədən çıxarılması hələ ötən ildən, ChatGPT-5-in təqdimatı zamanı planlaşdırılıb. Lakin istifadəçilərin “isti və dostyana” ünsiyyət modelinə olan tələbatı səbəbindən qərar gecikdirilib.

Şirkətin məlumatına görə, GPT-5.1 və GPT-5.2 versiyalarında modelin xarakteri, yaradıcılıq dəstəyi və fərdiləşdirilə bilən ünsiyyət üslubu təkmilləşdirilib. Artıq istifadəçilər qarşılıqlı əlaqədə ton və “istilik” səviyyəsini özləri seçə bilirlər.
“Modellərin bağlanması heç vaxt asan qərar deyil, lakin bu, əksər istifadəçilərin istifadə etdiyi versiyaları daha da təkmilləşdirməyə imkan verir,” – deyə OpenAI əlavə edib.

Избранный
21
4
azadmedia.az

5Источники