RU

Sevimli şorbanız zəhərə çevrilə bilər Bu inqrediyentlərə diqqət

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Qastroenteroloq Maksim Çulev bir çoxlarının sevimli yeməyi hesab olunan şorbaların hansı hallarda sağlamlıq üçün təhlükə yaratdığını açıqlayıb. Həkim xüsusilə hisə verilmiş məhsullar, kolbasalar, qaymaq və əridilmiş pendir əlavə edilən xörəklərin orqanizmi ciddi şəkildə yüklədiyini bildirib.Demokrat.az xəbər verir ki, onun sözlərinə görə bu növ inqrediyentlər qaraciyərin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı qan təzyiqinin yüksəlməsinə və bədəndə maye ləngiməsinə səbəb olur. Həmçinin tərkibində duzun həddindən çox olması şorbanın faydasını itirərək onu zərərli qidaya çevirir.Həkim yağlı ət bulyonunda hazırlanan xörəklərin də ehtiyatla istehlak edilməsini tövsiyə edib. Belə ağır bulyonlar mədənin selikli qişasını qıcıqlandırır. Çulev "Qazeta.Ru" nəşrinə müsahibəsində bildirib ki, bu cür qidalar xüsusilə qastrit, xora və ya mədə turşuluğu yüksək olan insanlar üçün riskli hesab olunur.Buna baxmayaraq tərəvəz əsaslı yüngül şorbalar və püre formasında olan yeməklər sağlamlıq üçün olduqca əhəmiyyətlidir. Azyağlı bulyonlar bədənin su balansını qoruyur və tərəvəz istehlakını artırır. Həkimin sözlərinə görə, az kalorili olduğu üçün bu cür yeməklər artıq çəkidən əziyyət çəkənlər və tez-tez acanlar üçün ən yaxşı seçimdir."Yüngül tərəvəz şorbaları, şorba-püre və azyağlı bulyonlar bədənin su balansını qorumağa kömək edir və tərəvəz istehlakını artırır. Şorbalar xüsusilə çox yeməyə meyilli insanlar üçün faydalıdır, çünki minimum kalori ilə toxluq hissi yaradır", - deyə mütəxəssis vurğulayıb.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
79
demokrat.az

1Источники