RU

Everest həsrətində olanlara üzücü xəbər

Nepal Milli Assambleyası Everesta dırmanma qaydalarını sərtləşdirən qanun layihəsini qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə "Kathmandu Post" nəşri yazır.

Sənədə əsasən, alpinistlər dünyanın ən hündür zirvəsinə qalxmağa cəhd etməzdən əvvəl Himalay dağlarında yerləşən və hündürlüyü təxminən yeddi min metr olan zirvələrdən birinə dırmanmalıdırlar.

Bu yenilik Everesti fəth etməyə çalışan təcrübəsiz alpinistlərin sayını azaltmağa yönəlib. Qanun marşrutlardakı növbələri, bədbəxt hadisələrin sayını və xilasetmə xidmətlərinin yükünü azaltmaq məqsədi daşıyır.

Həmçinin gözlənilir ki, yerli yeddiminlik zirvələrdən birinə ilkin dırmanma tələbi Nepalda turizmin inkişafına kömək edəcək. Artıq turoperatorlar Himlunq və Baruntse kimi zirvələrə aktiv şəkildə ekspedisiyalar təklif etməyə başlayıblar. Ümumilikdə Nepal ərazisində hündürlüyü 7000-dən 7999 metrə qədər olan 86 zirvə var.

Избранный
63
publika.az

1Источники