RU

Hamının zərərli bildiyi şirniyyat damarları təmizləyirmiş

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tünd şokoladın ürək və damar sağlamlığı üçün faydalı olduğu müəyyən edilib. "Nutrients" jurnalında dərc olunan araşdırmaya görə bu şirniyyat orqanizmi iltihabi proseslərdən qoruyur.Demokrat.az xəbər verir ki, kakao tərkibindəki flavanollar damarların funksiyasını yaxşılaşdırır və qan dövranını tənzimləyir. Bu maddələr həmçinin oksidləşdirici stressi azaldaraq iltihab əleyhinə təsir göstərir. Tünd şokoladın müntəzəm istehlakı "yaxşı" xolesterini artırır və ümumi xolesterin səviyyəsini aşağı salır.Mütəxəssislər bu məhsulun qan təzyiqini tənzimlədiyini və qaraciyər hüceyrələrini zədələnmədən qoruduğunu bildirirlər. Lakin söhbət yalnız tərkibində yüksək kakao miqdarı olan şokoladdan gedir. Alimlər qeyd edirlər ki, şokolad müstəqil müalicə vasitəsi deyil."Tünd şokolad balanslaşdırılmış qidalanmaya əlavə kimi nəzərdən keçirilə bilər. Lakin onun infarkt riskini tamamilə aradan qaldırdığına dair hələlik kifayət qədər sübut yoxdur", - deyə tədqiqat müəllifləri vurğulayıblar.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
demokrat.az

1Источники