RU

Tramp: Yaponiya ilə möhtəşəm ticarət sazişimiz rəsmi olaraq qüvvəyə minib...

ABŞ prezidenti Tokio ilə iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini bəyan edib...

Poliqon xəbər verir ki, Donald Tramp Yaponiya ilə bağlanmış ticarət sazişinin rəsmi şəkildə işə salındığını açıqlayıb. O, razılaşmanı “möhtəşəm” adlandıraraq, sənədin hər iki ölkə üçün böyük iqtisadi imkanlar yaradacağını bildirib.

Trampın sözlərinə görə, Yaponiya artıq saziş çərçivəsində öhdəliklərin icrasına rəsmi və maliyyə baxımından başlayıb. ABŞ lideri vurğulayıb ki, razılaşma iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və yeni investisiya layihələrinin reallaşdırılmasına şərait yaradacaq.

Ağ Ev rəhbəri qeyd edib ki, sənəd xüsusilə sənaye, kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək. Onun fikrincə, bu razılaşma ABŞ istehsalçıları və fermerləri üçün yeni bazarlara çıxışı asanlaşdıracaq, eyni zamanda Yaponiya şirkətləri üçün də Amerika bazarında daha əlverişli şərtlər formalaşdıracaq.

Müşahidəçilər hesab edirlər ki, Vaşinqton və Tokio arasında iqtisadi əlaqələrin dərinləşməsi Asiya-Sakit okean regionunda ticarət balansına və geosiyasi münasibətlərə təsir göstərə bilər. Ekspertlər həmçinin bildirirlər ki, saziş qlobal ticarət sistemində artan proteksionizm meylləri fonunda mühüm addım kimi qiymətləndirilir.

Poliqon.info

Избранный
34
42
poliqon.info

10Источники