RU

NATO Rusiyanın dərinliklərinə zərbə endirəcək

Estoniya xarici işlər naziri Marqus Tsahkna xəbərdarlıq edərək bildirib ki, əgər Rusiya Baltikyanı ölkələrə hücum etməyə cəsarət edərsə, NATO onu vuracaq.

O, Moskvanın şərqdəki torpaqları tez bir zamanda ələ keçirə biləcəyi ilə bağlı qorxuları rədd edib. Nazir Baltikyanı ölkələr – Estoniya, Latviya və Litvanın istənilən işğalçını dəf edəcəklərini və ardınca Rusiya ərazisinə dağıdıcı əks-hücum edəcəyini bildirib. “Biz müharibəni Rusiyaya aparacaq və ölkənin dərinliklərinə hücum edəcəyik. Biz nə edəcəyimizi dəqiq bilirik”, – deyə siyasətçi bildirib. O əlavə edib ki, məhz buna görə onlar indi “investisiyaları sürətləndirir və imkanları inkişaf etdirirlər… Məhz buna görə də onlar öz bölgələrində ÜDM-in 5%-ni müdafiəyə yatırırlar”.

Tsahkna müdafiə dairələrində Vladimir Putinin Ukraynadakı müharibənin bitməsindən sonra Baltikyanı ölkələrdən birini işğal etməyi və qismən işğal etməyi planlaşdırması ilə bağlı narahatlıqlara toxunub. Mediada yayılan məlumatlara görə, bu, NATO-nun qətiyyətini ciddi şəkildə sınağa çəkəcək.

//Samir Qurbanov, Editor.az

Избранный
40
editor.az

1Источники