RU

TƏCİLİ! ABŞ-nin NATO-dakı nümayəndəsindən ŞOK xəbərdarlıq: “İran üçün çox pis gün olacaq”

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Matthew Whitaker Cenevrədə ABŞ–İran danışıqları ilə bağlı açıqlama verərək bildirib ki, Prezident Donald Tramp diplomatik həll yoluna real imkan tanıyır, lakin bu proses nəticə verməzsə, İran üçün ağır nəticələr yarana bilər.

NOCOMMENT.az xəbər verir ki, Uitakerin sözlərinə görə, ABŞ-nin Yaxın Şərqdə yerləşdirdiyi hərbi qüvvələr mövcud olduğu müddətdə İrana qarşı mümkün hərbi zərbə təhlükəsi gündəmdə qalacaq.

O qeyd edib ki, Tramp sülhə və diplomatiyaya üstünlük verir, lakin ABŞ İranın nüvə silahına sahib olmasına qəti şəkildə qarşıdır:

“Aydındır ki, prezident sülhə və diplomatiyaya şans verir. Lakin o, eyni zamanda açıq şəkildə bildirib ki, terrorizmin əsas dövlət sponsoru nüvə silahına və ya onu yaratmaq potensialına malik ola bilməz. Prezident bu mövqeyini dəfələrlə ifadə edib”.

Uitaker əlavə edib ki, Tramp daha əvvəl “Gecəyarısı çəkici” əməliyyatı çərçivəsində İranın nüvə proqramına ciddi zərbə vurub və bu cür addımların yenidən atılması ehtimalı qalır:

“O, bir dəfə artıq onların proqramını məhv edib və ABŞ-ın ‘armadası’ bu regiona çox yaxın olduğu müddətdə bu təhlükə mövcuddur”.

Diplomat vurğulayıb ki, hazırda əsas qərarları birbaşa Tramp verir və prezident münaqişənin sülh yolu ilə həllinə üstünlük verir:

“Bu məsələdə bütün əsas qərarları prezident qəbul edir. O, real diplomatiyaya münaqişəni dinc yolla nizamlamaq üçün imkan yaratmağa hazırdır”.

Lakin Uitaker xəbərdarlıq edib ki, danışıqlar nəticəsiz qalarsa, vəziyyət ciddi şəkildə dəyişə bilər:

“Əgər bu baş verməzsə, prezidentin də dediyi kimi, bu, İran üçün çox pis gün olacaq”.

Sara

 

Избранный
75
nocomment.az

1Источники