RU

Bu ölkə fırtınadan zərər çəkmiş bölgələrə 8 milyard dollarlıq yardım ayırıb

Bakı. Trend:

İspaniya hökuməti son həftələrdə Ekstremadura və Əndəlüsbölgələrində baş verən güclü fırtınalardan zərər çəkmiş əhali üçüntəxminən 7 milyard avro (8 milyard dollar) məbləğində maliyyəyardımını təsdiqləyib.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

İspaniyanın büdcə naziri jurnalistlərə açıqlamasında bildiribki, yardım paketi fırtınalar səbəbindən təxliyə edilən 12 mindənçox şəxsi əhatə edəcək və daşqınların evlərə, biznes subyektlərinə,kənd təsərrüfatı və balıqçılıq sektoruna vurduğu ziyanın qismənkompensasiyasına yönəldiləcək. Nazir əlavə edib ki, ekspertlərinyekun hesabatlarından sonra ziyanın miqyası daha böyük olarsa,əlavə vəsait ayrılması da mümkündür.

Kənd təsərrüfatı naziri Luis Planas isə açıqlamasında fırtınalarnəticəsində ən azı 14 min hektar məhsul sahəsinin, o cümlədəngiləmeyvə, sitrus meyvələri və zeytun bağlarının zərər gördüyünübildirib.

Dövlət hava agentliyinin məlumatına görə isə, ölkədə oktyabrayından bu yana yağıntı səviyyəsi normadan 38 faiz çox olub.

Qonşu Portuqaliyada isə hökumət ilkin hesablamalara əsasənbirbaşa bərpa xərclərinin 4 milyard avrodan çox olduğunu açıqlayıb.“Kristin” fırtınasından sonra ölkədə yenidənqurma işlərinə dəstəkməqsədilə 2,5 milyard avro həcmində kredit və təşviq paketiayrılıb.

Qeyd edək ki, ilin əvvəlindən bəri İspaniya və Portuqaliya birneçə güclü fırtına ilə üzləşib. Təbii hadisələr nəticəsindəinfrastruktur və kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəyib,minlərlə insanın təxliyəsinə ehtiyac yaranıb.

Избранный
80
az.trend.az

1Источники