RU

“Rauf Cabbarov hansısa təlimata uyğun olaraq VAR a dəvət edildi, burda sövdələşmə oldu” sabiq FİFA referisindən şok açıqlama

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Sabah” dünən Misli premyer-liqasının 20-ci tur matçında “Qəbələ”nin meydanından qalib ayrıldı (1:0). İş ondadı ki, matç həm də baş hakim Rauf Cabbarovun mübahisəli qərarıyla yadda qaldı. Belə ki, ədalət təmsilçisi “qırmızı-qaralar”ın futbolçusu Prins Ovusunun 87-ci dəqiqədə vurduğu qolu saymadı. Epizodu VAR-da incələyən referi Ovusunun əllə oyununu qeydə aldı.Maraqlıdı, bəs “qarapaltarlı” doğru qərar verdi, yoxsa “Qəbələ”yə münasibətdə haqsızlıq oldu? Axı həmin epizodda “bayquşlar”ın oyunçuları Stiv Solvet ilə İqor Noqeyranın da topa əllə toxunduğunu görürük.Bu sualı sabiq FİFA referisi Fariz Yusifova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:

“Rauf Cabbarovun fiziki durumu, meydandakı davranışı çox yaxşı idi. Verdiyi qərarları həm futbolçular, həm də məşqçilər heyəti qəbul edirdi. Təəssüf ki, sonda səhvə yol verdi. Fikrimcə, qol sayılmalıydı. Bəli, topun Solvetin əlinə dəyməsi təbii vəziyyət idi. Bundan sonra topun İqor Noqeyranın da əlinə toxunduğunu gördük. Kəsəsi, ilk toxunuş “Sabah”ın futbolçusundan oldu. “Qəbələ”nin futbolçusu isə bilmədən topa toxundu. Təəssüf ki, Rauf Cabbarov hansısa təlimata uyğun olaraq VAR-a dəvət edildi, burda sövdələşmə oldu. Halbuki baş hakim epizoda çox yaxın idi və nələrin baş verdiyini gördü. Həmin anda qəti qərar verməliydi”.

Xatırladaq ki, “Sabah” bu qələbə sayəsində ikinci pillədə olan “Qarabağ”la aradakı 4 xallıq fərqi qorudu.KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
icma.az

2Источники