Maraqlıdı, bəs “qarapaltarlı” doğru qərar verdi, yoxsa “Qəbələ”yə münasibətdə haqsızlıq oldu? Axı həmin epizodda “bayquşlar”ın oyunçuları Stiv Solvet ilə İqor Noqeyranın da topa əllə toxunduğunu görürük.
Bu sualı sabiq FİFA referisi Fariz Yusifova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Rauf Cabbarovun fiziki durumu, meydandakı davranışı çox yaxşı idi. Verdiyi qərarları həm futbolçular, həm də məşqçilər heyəti qəbul edirdi. Təəssüf ki, sonda səhvə yol verdi. Fikrimcə, qol sayılmalıydı. Bəli, topun Solvetin əlinə dəyməsi təbii vəziyyət idi.Bundan sonra topun İqor Noqeyranın da əlinə toxunduğunu gördük. Kəsəsi, ilk toxunuş “Sabah”ın futbolçusundan oldu. “Qəbələ”nin futbolçusu isə bilmədən topa toxundu. Təəssüf ki, Rauf Cabbarov hansısa təlimata uyğun olaraq VAR-a dəvət edildi, burda sövdələşmə oldu. Halbuki baş hakim epizoda çox yaxın idi və nələrin baş verdiyini gördü. Həmin anda qəti qərar verməliydi”.
Xatırladaq ki, “Sabah” bu qələbə sayəsində ikinci pillədə olan “Qarabağ”la aradakı 4 xallıq fərqi qorudu.
KƏNAN BAHADIR