RU

Azərbaycanda keçiriləcək “FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimi müəyyənləşib

BAKI, 17 fevral. TELEQRAF

Azərbaycanda keçiriləcək “FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimi müəyyənləşib.
Azərbaycan, Syerra-Leone, Oman və Sent Lusiya millilərinin iştirak edəcəyi yarışda ilk oyunlar martın 27-də keçiriləcək. İlk günün qalibləri martın 30-da finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə qarşılaşacaqlar.

Turnirin təqvimini nəzərinizə çatdırırıq:

27 mart
15:00. Oman - Syerra-Leone
“Dalğa Arena”

19:00. Azərbaycan - Sent Lusiya
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

30 mart
15:00. 3-cü yer uğrunda (məğlublar)
“Dalğa Arena”

19:00. Final (qaliblər)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Избранный
12
7
teleqraf.com

10Источники