Azərbaycanda keçiriləcək “FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Azərbaycan, Syerra-Leone, Oman və Sent Lusiya millilərinin iştirak edəcəyi yarışda ilk oyunlar martın 27-də keçiriləcək.
İlk günün qalibləri martın 30-da finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə qarşılaşacaqlar.
Turnirin təqvimini nəzərinizə çatdırırıq:
27 mart
15:00. Oman - Syerra-Leone
“Dalğa Arena”
19:00. Azərbaycan - Sent Lusiya
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
30 mart
15:00. 3-cü yer uğrunda (məğlublar)
“Dalğa Arena”
19:00. Final (qaliblər)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
saytlarin hazirlanmasi