RU

Bu gül iflic və halüsinasiyalara səbəb olur Epşteyn qurbanlarını bu gül ilə zəhərləyib

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Ceffri Epşteynin işi ilə bağlı müzakirələr davam edərkən, sosial mediada və bəzi alternativ nəşrlərdə təəccüblü yeni iddia ortaya çıxıb. 

Milli.Az xəbər verir ki,Ceffri Epşteynin qurbanlarını həssas vəziyyətə salmaq üçün tərkibində "Trumpet Flower" olan qarışıqdan istifadə etməsi iddia olunur.

Mütəxəssislərin fikrincə, bu zəhərli bitkinin təsirlərinə yüksək dozada iflic, yaddaşın pozulması, son hadisələrin unutqanlığı və ağır halüsinasiyalar daxildir.

Elmi olaraq "Datura" kimi tanınan sözügedən bitkinin yüksək dozada qəbul edildikdə ciddi nevroloji və fiziki təsirlərə səbəb olduğu məlumdur. Mütəxəssislərin fikrincə, tərkibindəki alkaloidlər fiziki iflic, yaddaşın pozulması, son hadisələri xatırlaya bilməmək, ağır halüsinasiyalar və  yüksək dozada çaşqınlıq kimi təsirlərə səbəb ola bilər .

Lakin, indiyə qədər ictimaiyyətə açıqlanan Epşteyn sənədlərində bu cür bitki qarışığının istifadəsinə dair birbaşa və təsdiqlənmiş heç bir məhkəmə-tibbi qeyd yoxdur.

Bildirilir ki, iddialar rəsmi istintaq sənədlərində açıq şəkildə qeyd edilməyib.

Fidan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
51
39
news.milli.az

10Источники