AZ

Moskvada meyiti tapılan azərbaycanlı cütlüyün kimliyi məlum oldu

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Moskvada meyiti tapılan azərbaycanlı cütlüyün kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, 1984-cü il təvəllüdlü Vasif Yusif oğlu Nağıyev Ucar rayonunun Rəstəcə kəndindəndir. Onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aygün Yaqub qızı Hüseynova isə Rusiya vətəndaşıdır.

Nağıyev əvvəllər Ucar rayonunda ziyafət salonunda işləyib, lakin təxminən 10 il əvvəl pul qazanmaq üçün Rusiyaya gedib. Onun cənazəsi bu gecə Ucar rayonuna gətiriləcək.

Rusiya İstintaq Komitəsi hadisənin bütün hallarını araşdırır.

Qeyd edək ki, onların ikisinin də intihar etdiyi iddia edilir. 

Cütlüyün üç azyaşlı uşağı qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
83
39
unikal.az

10Mənbələr