Azərbaycan İdman Akademiyasında Türkiyə Kamandan Oxatma milli komandasının baş məşqçisi və Beynəlxalq Kamandan Oxatma Federasiyasının məşqçilər komissiyasının sədri Göktuğ Erginin rəhbərliyi ilə məşqçilik təlim proqramı keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən təşkil olunan iki günlük təlim proqramında parakamandan oxatma üzrə milli komandamızın baş məşqçisi İlqar Abbasov, paralimpiyaçılar Əli Nəbiyev və Şahin Cabbarov da iştirak ediblər.

