AZ

Beynəlxalq Kamandan Oxatma Federasiyasının məşqçilər komissiyasının sədri Bakıda təlim keçib

Azərbaycan İdman Akademiyasında Türkiyə Kamandan Oxatma milli komandasının baş məşqçisi və Beynəlxalq Kamandan Oxatma Federasiyasının məşqçilər komissiyasının sədri Göktuğ Erginin rəhbərliyi ilə məşqçilik təlim proqramı keçirilib.

Bu barədə 90deqiqe.Az-a Milli Olimpiya Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən təşkil olunan ikigünlük təlim proqramında parakamandan oxatma üzrə milli komandamızın baş məşqçisi İlqar Abbasov, paralimpiyaçılar Əli Nəbiyev və Şahin Cabbarov da iştirak ediblər.

Seçilən
13
5
90deqiqe.az

6Mənbələr