RU

Bakı metrosu 1 saat artıq işləyəcək

Bakı Metropoliteni fevralın 18-də UEFA Çempionlar Liqası çərçivəsində “Qarabağ” və İngiltərənin "Nyukasl Yunayted" klubları arasıda keçiriləcək qarşılaşma ilə əlaqədar iş vaxtını 1 saat uzadacaq.

Axar.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) və Bakı Metropoliteni QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, fevralın 18-dən 19-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasında bir sıra tədbirlər görüləcək. Gücləndirilmiş iş rejimi tətbiq olunmaqla, əlavə işçi qüvvəsi ayrılacaq.

Избранный
56
20
publika.az

10Источники