RU

Azərbaycandan Rusiyaya köçənlərin sayı 6 dəfə azalıb – Səbəb

Ötən il Azərbaycandan 460 nəfər Rusiyaya könüllü şəkildə köç edib.

KONKRET.az “AzPolitika.info”ya istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, 2025-ci ildə xaricdə yaşayan etnik ruslar və onların ailə üzvləri üçün nəzərdə tutulan könüllü köçürülmə proqramı çərçivəsində ümumilikdə 26 700 nəfər Rusiyaya yerləşdirilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 31 700 nəfər təşkil edib.

Rusiya hakimiyyəti xaricdə yaşayan həmvətənlərin geri qayıdışını ölkənin miqrasiya siyasətində prioritet istiqamət kimi təqdim edir. Bununla belə, 2022-ci ildə Ukraynaya qarşı müharibə başlayandan sonra keçmiş SSRİ ölkələrindən bu proqram çərçivəsində köç edənlərin sayı kəskin azalıb. Statistikaya görə, Ukraynadan köç 18 dəfə, Tacikistandan 10 dəfə, Azərbaycan və Moldovadan 6 dəfə, Gürcüstandan 5 dəfə, Ermənistandan 4 dəfə, Qazaxıstandan isə 3 dəfə azalıb.

Избранный
107
1
konkret.az

2Источники