AZ

Rusiyaya köçən azərbaycanlıların sayı kəskin azaldı Səbəb

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötən il Azərbaycandan 460 nəfər Rusiyaya könüllü şəkildə köç edib.

Globalinfo.az “AzPolitika.info”ya istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.Qeyd olunur ki, 2025-ci ildə xaricdə yaşayan etnik ruslar və onların ailə üzvləri üçün nəzərdə tutulan könüllü köçürülmə proqramı çərçivəsində ümumilikdə 26 700 nəfər Rusiyaya yerləşdirilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 31 700 nəfər təşkil edib.

Rusiya hakimiyyəti xaricdə yaşayan həmvətənlərin geri qayıdışını ölkənin miqrasiya siyasətində prioritet istiqamət kimi təqdim edir. Bununla belə, 2022-ci ildə Ukraynaya qarşı müharibə başlayandan sonra keçmiş SSRİ ölkələrindən bu proqram çərçivəsində köç edənlərin sayı kəskin azalıb. Statistikaya görə, Ukraynadan köç 18 dəfə, Tacikistandan 10 dəfə, Azərbaycan və Moldovadan 6 dəfə, Gürcüstandan 5 dəfə, Ermənistandan 4 dəfə, Qazaxıstandan isə 3 dəfə azalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
1
globalinfo.az

2Mənbələr