RU

Binaların damından düşən qar və buz CAN ALIR – Bir həftədə 9 nəfər ÖLÜB – VİDEO

Rusiyada binaların damından düşən qar və buz kütlələri insanları öldürür.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi (MÇS) məlumat yayıb.

Rusiyada yaşayış binalarının damlarından düşən nəhəng qar layları və buz parçaları vətəndaşlar üçün ölüm saçır.

Nazirliyin məlumatına görə, son bir həftə ərzində binaların damından qar və buz kütlələrinin sürüşməsi nəticəsində 9 nəfər həyatını itirib, daha 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Dünən Perm şəhərində də dəhşətli hadisə qeydə alınıb. Orada bir qadın damdan düşən nəhəng buz parçası nəticəsində az qala həyatını itirəcəkdi.

Xəsarət alan qadına dərhal təxirəsalınmaz tibbi yardım göstərilib.

Mütəxəssislər vətəndaşları binaların yaxınlığından keçərkən son dərəcə diqqətli olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.

 

Xuraman Etibarlı

İnterpress.az

Избранный
21
interpress.az

1Источники