RU

Şərqi Zəngəzurun beynəlxalq platformaya çevrilən müasir siması - Zəngilan Konqres Mərkəzi

Zəngilan, 17 fevral, AZƏRTAC

Zəngilan Konqres Mərkəzi Şərqi Zəngəzurun sürətli inkişafının göstəricisi olmaqla yanaşı, həm də regionun əsas beynəlxalq tədbirlər məkanına çevrilməkdədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2023-cü il sentyabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı reallaşan bu möhtəşəm kompleks qısa müddət ərzində həm yerli, həm də beynəlxalq əhəmiyyətli nüfuzlu tədbirlərə yüksək səviyyədə ev sahibliyi edərək, öz funksionallığını və səmərəliliyini sübuta yetirib.

Zəngilan Konqres Mərkəzi Kompleksi iki hissədən ibarətdir. 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Mərkəzin digər korpusunda isə kiçikhəcmli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur. Kompleksin ərazisi 2,2 hektardır.

Yerli və xarici mütəxəssislər cəlb olunmaqla altı ay ərzində inşa edilən kompleksin tikintisinin qısa müddətdə başa çatdırılması üçün üçnövbəli iş qrafiki tətbiq edilib. Tikinti işləri yüksək keyfiyyət və müasir inşaat standartlarına uyğun şəkildə həyata keçirilib.

Kompleksin ərazisində yaşıllıq zonaları, yerüstü parklanma sahəsi mövcuddur. Mərkəzin binasının dam hissəsində Günəş panelləri yerləşdirilib.

Избранный
96
3
azertag.az

4Источники