RU

Ukrayna bazarlığı başladı: Sülhün qiyməti torpaqdır

Ukraynanın taleyi Cenevrə masasında
Cenevrə yenə dünyanın diqqət mərkəzindədir. Bu  dəfə Cenevrə dünyanı narahat edən və ayaqda tutan ən ciddi iki  münaqişənin diplomatiya yolu ilə həlli istiqamətində aparılan  danışıqlara ev sahibliyi edir. Bir tərəfdə Ukraynada sülühn əldə edilməsi üçün ABŞ-Rusiya-Ukrayna üçtərəfli formatda   üçüncü raund, İran məsələsi üzrə Vaşinqton-Tehran ikitərəfliformatda ikinci raund danıqşılar starat götürəcək. Amma qurulan bu masalar diplomatik jestlər üçün yox, müharibəni dayandırmaq üçün sonuncu real şanslardan biri kimi görünür.

Cenevrə-sülhün son şansı, yoxsa yeni ultimatum mərhələsi?
İki günlük üçtərəfli danışıqların başlanması faktiki olaraq müharibənin yeni mərhələyə keçdiyini göstərir. Əbu-Dabidəki raundlardan fərqli olaraq bu dəfə Moskva masaya tam siyasi-hərbi heyətlə gəlir.
Dmitri Peskov açıq deyib ki, Abu-Dabidəki raundlarda əsas müzakirə predmeti təhlükəsizlik məsələləri olub və orada geniş nümayənəd heyətinə ehtiyac olmayıb. Bu dəfə bütün əsas məsələlər, o cümlədən ərazi məsələləri müzakirə olunacaq. Bu cümlə diplomatik termin deyil, artıq sərhədlərin taleyi masadadır deməkdir.
Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski  rəhbərlik edəcək və heyətə digrə şəxslərələ yanaşı, xarici işlər nazirinin müavini Mixail Qaluzin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov da daxildir. 
 Peskov bildirib ki, Putin Cenevrəyə yola düşməzdən əvvəl Rusiya nümayəndə heyətinə ətraflı təlimatlar verib.
Peskov onu da deyib ki, Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev də Cenevrəyə səfər edəcək, lakin o, yalnız ABŞ ilə iqtisadi əməkdaşlığa diqqət yetirəcək.
Bu siyahı bir şeyi göstərir: Cenevrə sadəcə siyasi yox, hərbi qərarların müzakirə platformasıdır.

Ağ Evin strategiyası: “kökə və qamçı”
Donald Trump artıq açıq mesaj verib: “Ukrayna mümkün qədər tez danışıqlar masasına oturmalıdır.” Bu, tövsiyə deyil, artıq təzyiqdir. 
Vaşinqtonun strategiyası isə aydındır. Həm Kiyevə, həm də Kremlə təzyiqlə sülhə vadar etmək. Ağ Ev Kiyevə ərazi güzəştləri daxilində zəmantə vrəsəyi ilə təhdid edirsə, Moskvanı sanksiyalar və dünyanı rus neftini almağı hədələməklə.  Bu yolla Ağ Ev özünü təhlükəsizlik qarantı kimi təqdim etməyə çalışır. Bu, klassik böyük güc diplomatiyasıdır.

Ərazi bazarlığı: sülhün ən təhlükəli bəndi
Vladimir Zelenski isə açıq şəkildə ABŞ planına etiraz edir: “Əvvəl təhlükəsizlik zəmanətləri olmalıdır.”
Vaşinqtonun təklifi isə bunun əksidir: Əvvəl ərazi kompromisi, sonra isə  zəmanət.
Bu isə Kiyev üçün təhlükəli ssenaridir. Zelenski açıq xəbərdarlıq edir:“Ukrayna ərazilərindən imtina etməyəcək.” Bu, danışıqların ən böyük dalanıdır.

Moskvanın “təzyiq diplomatiyası”
Danışıqlar başlamazdan əvvəl Rusiya hücumları artırır. Bu təsadüf deyil, klassik Kreml taktikasdır: Masada danış, cəbhədə təzyiq et.
Enerji infrastrukturu hədəf alınır. Qış faktoru istifadə olunur. Məqsəd isə Ukraynanı yormaq, soyuqla. Enerji ilə  imtahana   çəkib güzəştə məcbur etmək.

ABŞ Moskvaya da təzyiq edir
Vaşinqton yalnız Kiyevi  deyil, eyni zamanda Moskvanı də təzyiq hədəfi seçir. Belə  ki,  ABŞ rus nefti alıcılarına təhdid edir, sanksiyaları qüvvədə saxlayır, Avropanın yeni sanksiyalarına mane olmur. Bu, Putinə  verilən açıq  mesajdır ki, sülh olmayınca, iqtisadi təcrid davam edəcək.

Enerji atəşkəsi – ilk real nəticə ola bilər
Cenevrə danışıqlardan  elə də böyük  nəticələr gölənilməsə də, atəşkəs istiqamətində müəyyən nəticələr ola bilər. İlk  növbədə  tərəflərin genişmiqyaslı hücumunun, xüsusən də enerji strkuturlarına hücumlaırn qarşısının alınması məsələsində razılıq əldə oluna bilər.
Bu, kiçik görünür, amma strateji addımdır. Çünki enerji müharibəsi iqtisadi müharibə olmaqla yanaşı, siyasi təzyiq və  çəkindimə vasitəsidir. Bu zəncir qırılmasa, böyük sülh mümkün deyil.

Cenevrə reallığı: heç kim geri çəkilmək istəmir
Bu danışıqlarda üç fərqli məqsəd toqquşur. Birincisi, ABŞ müharibəni bitirmək və Avropanı sabitləşdirmək, Rusiya əldə etdiyi əraziləri legitimləşdirmək. Ukrayna dövlət kimi təhlükəsizliyini qorumaq isətyir. Bu üç məqsəd isə  bir nöqtədə  hələ ki, kəsişmir və uzlaşma əldə etmək mümkün deyil.

Sülh yaxın deyil, amma təzyiq maksimumdur
Cenevrə görüşləri yekun razılaşma gətirməyə bilər.
Amma bir həqiqət dəyişməz qalır. Hamı sülh istəyir, amma heç kim uduzmaq istəmir. Və məhz buna görə də  Cenevrə danışıqları müharibənin bitməsinin yox,
onun taleyinin müəyyən olunmasının başlanğıcıdır.

 Mürtəza

Избранный
57
50
olke.az

10Источники