RU

Moskvada azərbaycanlı cütüyün MÜƏMMALI ÖLÜMÜ Pəncərədən yıxılıblar... FOTO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın paytaxtı Moskvada cütlük çoxmərtəbəli yaşayış binasından yıxılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, ailənin azyaşlı övladı qalıb.

Həlak olan ər-arvadın meyitləri "Salarievo Park" yaşayış kompleksinin pəncərələrinin altında aşkar edilib. Qonşuların sözlərinə görə, cütlük mehriban və ünsiyyətcil olub, kişi isə bizneslə məşğul imiş.

Hadisə ilə bağlı məlumatı hüquq-mühafizə orqanları təsdiqləyib. Mənbənin sözlərinə görə, ər və arvadın həlak olduğu vaxt onların beş yaşlı övladı mənzildə olub.

Bildirilir ki, həlak olanlar azərbaycanlılar olub. Mənzildə olan uşaq müvəqqəti olaraq hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb./baku.ws

Oxunub 16

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
1
avtosfer.az

2Источники