Rusiyanın paytaxtı Moskvada cütlük çoxmərtəbəli yaşayış binasından yıxılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, ailənin azyaşlı övladı qalıb.
Həlak olan ər-arvadın meyitləri "Salarievo Park" yaşayış kompleksinin pəncərələrinin altında aşkar edilib. Qonşuların sözlərinə görə, cütlük mehriban və ünsiyyətcil olub, kişi isə bizneslə məşğul imiş.
Hadisə ilə bağlı məlumatı hüquq-mühafizə orqanları təsdiqləyib. Mənbənin sözlərinə görə, ər və arvadın həlak olduğu vaxt onların beş yaşlı övladı mənzildə olub.
Bildirilir ki, həlak olanlar azərbaycanlılar olub. Mənzildə olan uşaq müvəqqəti olaraq hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.