Ananyanın sözlərinə görə, layihə çərçivəsində tikilməsi nəzərdə tutulan 43 kilometrlik estakada yolu daxili kommunikasiyalarla təmasda olmayacaq. İlkin hesablamalar göstərir ki, bu yolun ötürücülük qabiliyyəti ən yaxşı halda 20 milyon ton təşkil edəcək.
"Hər tona görə 7 dollar tarif müəyyən edilərsə, ümumi gəlir 140 milyon dollar olar. Bunun cəmi 26 faizi Ermənistana qalacaq. Yəni layihə büdcəyə cəmi bir neçə on milyon dollar gətirəcək ki, bu da böyük iqtisadi imkan demək deyil," - deyə ekspert qeyd edib.
Ananyan vurğulayıb ki, layihənin iqtisadi tərəfi zəif olsa da, diplomatik və siyasi əhəmiyyəti daha yüksək ola bilər. Lakin bunun üçün İran, Çin, Rusiya və ABŞ-nin maraqlarını uzlaşdırmaq lazımdır. O, həmçinin Rusiyanın bu məsələdə iştirak etməyə hazır olduğuna dair siqnallar verdiyini bildirib. Uğurlu nəticə əldə etmək üçün isə Ananyan qarşıdakı seçkiləri işarə edərək "danışıqlar aparan tərəfin (hakimiyyətin) dəyişməsinin" vacibliyini vurğulayıb.