RU

AFFA rəsmisi "Sparta"nın oyununa təyinat aldı

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.

Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Avropa Kubokunun 1/4 final mərhələsinin "Austriya" (Avstriya) – "Sparta" (Çexiya) cavab matçının UEFA nümayəndəsi olacaq.

Qarşılaşma fevralın 18-də Vyana şəhərində yerləşən "Franz-Horr" stadionunda keçiriləcək.

Tərəflərin Çexiyada keçirilən ilk dueli 0:0 hesabı ilə yekunlaşıb. 

Избранный
39
15
fanat.az

10Источники