AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA tərəfindən növbəti dəfə təyinat alıb.
Offsideplus.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında Avropa Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Austriya" (Avstriya) – "Sparta" (Çexiya) cavab oyununda UEFA nümayəndəsi olacaq.
Vyanadakı "Frans Horr" stadionunda təşkil olunacaq qarşılaşma fevralın 18-də baş tutacaq.
Qeyd edək ki, bu klublar arasında Çexiyada keçirilən ilk matçda hesab açılmayıb.