RU

Azərbaycandan dəniz nəqliyyatı ilə beynəlxalq yükdaşımaların həcmi azalıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda dəniz nəqliyyatı ilə 171,5milyon ABŞ dolları dəyərində 95,8 min ton yük daşınıb.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istiandən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü iləmüqayisədə dəyər ifadəsində 56,2 milyon ABŞ dolları və ya 23%, həcmifadəsində isə 110,7 min ton və ya 2,1 dəfə azdır.

Hesabat dövründə Azərbaycandan dəniz nəqliyyatı ilə 10,1 milyonABŞ dolları dəyərində təqribən 15 min ton yük ixrac olunub ki bu,əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyərifadəsində 8,5 milyon ABŞ dolları və ya 6,3 dəfə, həcm ifadəsindəisə 10,4 min ton və ya 3,3 dəfə çoxdur.

Bu ilin yanvar ayında Azərbaycana dəniz nəqliyyatı ilə 161,4milyon ABŞ dolları dəyərində 80,9 min ton yük idxal olunub ki, bugöstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində 64,7 milyon ABŞ dolları və ya 28,6%, həcm ifadəsində isə121,1 min ton və ya 2,5 dəfə azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycanda yüknəqliyyat vasitələri ilə ümumilikdə 3,538 milyard ABŞ dollarıdəyərində 5,440 milyon ton yük daşınıb. Bu, dəyər baxımındanəvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dollarıvə ya 30,5%, həcm baxımından isə 1,099 milyon ton və ya 16,8%azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandanümumilikdə 2,236 milyard ABŞ dolları dəyərində 4,678 milyon ton yükixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 802,6milyon ABŞ dolları və ya 26,4%, həcm ifadəsində isə 910,7 min tonvə ya 16,3% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar ayında yüklərin daşınma vasitələriüzrə Azərbaycana ümumilikdə 1,302 milyard ABŞ dolları dəyərində762,8 min ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəkigöstəriciyə nisbətən dəyər ifadəsində 750,2 milyon ABŞ dolları vəya 36,5%, həcm baxımıdan isə 188,4 min ton və ya 19,8% azdır.

Məqalədə:
Избранный
30
7
az.trend.az

8Источники